Müasir ev necə olmalıdır?
Evinizdə İnternet Rabitə və təhlukəsizlik sistemlərinin duzgün planlanması gələcəkdə yeni texnoloji avadanlıqların istifadəsini asanlaşdıracaq.
Müasir ev üçün Yüksək Memarlıq və interyer tələbləri ilə yanaşı evin telekommunikasiya və təhlükəsizlik sistemlərinin düzgün quraşdırılması olduqca zəruridir. Adətən müştərilər təmir işləri bittikdən sonra bu məsələnin vacibliyini xatırlayırlar.Təmirdən sonra bu işlərin görülməsi əlavə xərclər və vaxt itkisinə səbəb olur. Bəs necə etməli? Düzgün Planlama nədir?
Müasir evi İnternet,Videomüşahidə, Damafoon, Signalizasiya və telefonsuz təsəvvür etmək mümkün deyil. Lakin qüsurlu və düzgün olmayan rabitə infrastruku müasir avadnlıqların belə istifadəsinə çətinlik yaradır.
Misal üçün Global internetə çıxış üçün hər bir evdə telefonlar,Planşetlər televizor və s qurğuları bu şəbəkəyə qoşuruq. Təmirdən sonra biz İnternet şəbəkəsinə qoşulmaq üçün provayderi dəvət edirik. Məlum olur ki biz hələ tv və rabitə xətləri üçün binanın kommunikasiya şkafindan kabel çəkməliyik və adətən bu evin girişində yöndəmsiz və açıq şəkildə quraşdırılır. Bu qurğunun zərərlərini nəzərə alsaq evin usaq otaqlarınnna maxsimum uzaqda istifadə imkanları olacaq yerdə quraşdırılması məqsədəuyğundur.
Avropada tikinti zamanı öncədən hesablanmış düzgün kommunikasiya planına əsasən memarlar butun xətlərin və qurğiların yerləşməsi üçün bağlı və geniş dolab istifadə edirlər.Bunnan əlavə Simsiz internetin zərərli dalğalarının təsinə az məruz qalmaq üçün bəzi qurğularımızı Kabel ilə (simli) internetlə təchiz edə bilərik (misal üçün Televizor, Stolustu kompyuter , nootbok və s) Bu eyni zamanda internet resurslarinin daha sürətli,təhlükəsiz və səmərəli istifadəsinə imkan yaradacaqdır.
Evinizin musiqi sistemi
Müasir evlərdə mərkəzləşdirilmiş musiq sisteminin quraşdırılması son dovrlərdə olduqca populiyardır. Evinizdə istirahət etdikdə musiq dinləmək tv proqram və filmlər izləyərkən akustik bir səs evinizin hər bir guşəsində sizi təqib edir.Muasir musiqi mərkəzlərinə mobil qurğulardan istədiyiniz informasiyanı göndərə bilir eləcədə səsin idarə edilməsini mümkündür.
Təhlükəsizlik sistemləri
Müasir ev üçün vacib olan təhlükəsizlik sistemlərinnən video-müşhidə
siqnalizasiya və qapı zəngi önəmli qurğulardandır. Müasir təhlükəsizlik sistemlərinin köhnəlmiş ənənəvi sistemlərdən fərqi hadisələrə real vaxtda nəzarət və müdaxilə imkanlarının olmasıdır. Siz evdə olmadığınızda hətta xaricdə səyahətdə belə qapınızın zəngini çalan şəxslə danışa bilir,onun evinizə daxil olmasini təmin edə bilir, eləcəd evinizdə itmiş əşyaların və yaşadığınız ərazidə tez-tez rastlaşdığınız naməlum şəxslərin hərəkətlərini analiz edə bilərsiniz.
ardı var..